Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Dəmirbank" ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 19 dekabr 2022-ci il tarixdən etibarən başlayacaqdır.
Azərbaycanda 7 bağlanmış bankın əmlakları - HƏRRACA ÇIXARILIR
Fonddan FED.az-a verilən məlumata görə, tələblər ödənişi nağdsız qaydada həyata keçiriləcək.
«Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər»-deyə fondun açıqlamasında bildirilir.
Əlavə məlumat almaq üçün əlaqə:
Bakı şəhəri
Babək prospekti 16
Qaynar xətt: (+994) 941