Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin birinci yarısında bankların müştərilərinin sayında, həmçinin dövriyyədə olan ödəniş kartlarının sayında artım qeyd edir.
FED.az-a AMB-dən verilən məlumata görə, 30 iyun 2022-ci il tarixinə bankların müştərilərinin ümumi sayı 12 milyon 871,984 min (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,7%) təşkil edir. Həmçinin, ikinci rübdə bankların müştərilərinin sayı 0,4% artıb.
30 iyun 2022-ci il tarixinə fiziki şəxslər arasında bankların müştərilərinin sayı 12 milyon 739,705 min (yarım il ərzində artım 5,6%, ikinci rübd ərzində 0,3%), Bankın müştəriləri olan fiziki şəxslər arasında 537,566 mini fərdi sahibkardır (yarım il ərzində artım 13,6%, ikinci rübdə artım – 6,7%).
Bankların müştəriləri olan hüquqi şəxslərin sayı 132,279 min təşkil edir (yarım il ərzində artım 8,6%, ikinci rübdə - 6,6%).
AMB-nin məlumatına əsasən, iyunun 30-na banklarda müştəri hesablarının sayı 29 milyon 61,31 min (yarım il ərzində artım 9.3%, ikinci rübdə - 3,4%) təşkil edir. Bunun 23 milyon 794,696 mini – cari hesablar (yarım il ərzində artım 8%, ikinci rübdə – 2,4%), 4 milyon 992,22 mini – kredit hesabları (yarım il ərzində artım 16,2%, ikici rübdə – 8,3%), 274,394 mini – depozit hesabları (yarım il ərzində artım 6,8%, ikinci rübdə – 3,6%) təşkil edib.
Ümumilikdı, iyunun 30-na cari hesabların strukturunda 23 milyon 512,121 mini fiziki şəxslər tərəfindən (yarım il ərzində artım 8%, ikinci rübdə – 2,3%), 282,575 mini – hüquqi şəxslər tərəfindən (yarım il ərzində artım 7,2%, ikinci rübdə – 5%) açılıb.
AMB-nin məlumatına görə, 2022-ci il iyunun 30-na Azərbaycanda olan ödəniş kartlarının sayı 12,244 milyon ədəd təşkil edir, bu da 2021-ci ilin sonuna olan göstəricidən 10,9% çoxdur. İkinci rübdə dövriyyədə olan ödəniş kartlarının sayı 473 min ədəd və ya 4% artıb.
Sosial kartların sayı 3,448 milyon ədəd (yarım il ərzində azalma 0,6%, ikinci rübdə - 2,1%), iş kartlarının sayı – 2,669 milyon (yarım il ərzində artım 3%, ikinci rübdə - 1,7%), kredit kartlarının sayı – 1,551 milyon (yarım il ərzində artım 11,2%, ikinci rübdə - 3,4%), digər kartların sayı – 4,576 milyon (yarım il ərzində artım 27,6%, ikinci rübdə - 10,9%) təşkil edir.
Birinci yarımillikdə ödəniş kartları vasitəsilə 25,493 milyard manat (ikinci rübd ərzində - 13,779 milyard manat) 274,2 min əməliyyat (ikinci rübdə - 148,68 min əməliyyat) həyata keçirilib.
Həmçinin, yanvar-iyun aylarında ödəniş kartları vasitəsilə nağdsız formada elektron ticarət çərçivəsində 7,347 milyard manat məbləğində 105,095 min əməliyyat həyata keçirilib. (İnterfaks-Azərbaycan)