Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin iyul ayına 10 714 685 nəfər təşkil edib.
Eləcə də bax: 14 bank şöbəsi bağlanıb - 25 Filial Açıldı
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank məlumat verir.
2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 596 391 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 2 118 294 nəfər artması deməkdir.
Bu ilin iyun ayında bank müştərilərinin sayı 10 473 335 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 241 350 nəfər artıb.
Bank müştərilərindən 10 591 445 nəfəri fiziki şəxslər, 123 240 nəfəri isə hüquqi şəxslər olub.