Azərbaycan banklarının filialları və ATM sayında son bir ayda artım göstəriciləri açıqlanıb.
Eləcə də bax: Azərbaycan bankları ötən ay - 176 Nəfəri İşçi Heyətinə Qatıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, illik müqayisədə son bir ildə 25 yeni bank filialı açılıb, 14 bank şöbəsi bağlanıb. ATM-lərin sayı isə 239 ədəd artıb.
İyul ayında isə ölkədə bank filiallarının sayı dəyişməz olaraq qalıb. Cəmi bir bank şöbəsi açılıb, ATM-lərin sayı isə 2 804-dən 2 824-ə qalxıb. Belə ki, bir ayda ATM-lərin sayı 20 ədəd artıb.