Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin mart ayına 9 435 486 nəfər təşkil edib.
Eləcə də bax: Azərbaycanda bu il nağdsız ödənişlərin həcmi - 2 Mlrd. Manatı Keçib
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın hesabatında bildirilir.
2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 227 652 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 1 207 834 nəfər artması deməkdir.
Bu ilin fevral ayında bank müştərilərinin sayı 9 255 820 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 179 666 nəfər artıb.
Bank müştərilərindən 9 318 496 nəfəri fiziki şəxslər, 116 990 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 178 299 nəfər, hüquqi şəxslərin sayı 1 367 nəfər artıb.