Dünya maliyyə bazarlarında dolların məzənnəsinin digər aparıcı valyutalar qarşısında möhkəmlənməsi özünü Azərbaycanda da göstərir.
Eləcə də bax: Avro dollar qarşısında ucuzlaşdı – 1 AVRO 0,98 DOLLAR OLDU
FED.az xəbər verir ki, Azərbaycan manatının məzənnəsi ABŞ dollarına bağlı olduğu üçün digər valyutaların dollar qarşısında ucuzlaşması özünü manata nisbətdə də göstərir.
Belə ki, bu gün Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələrinə görə, avronun məzənnəsi 1,6710 manat, 1 İngiltərə funt sterlinqi isə 1,9115 manat müəyyən edilib.
Bu son 6 ildə sözügedən valyutaların manat qarşısında ən aşağı məzənnəsidir. Belə ki, avro sonuncu dəfə bundan aşağı qiymətə 2016-cı ilin yayında – 2016-cı il iyunun 3-də olub – 1,6696 manat.
İngilis funt sterlinqi isə sonuncu dəfə bundan aşağı qiymətə devalvasiyadan əvvəl - 2015-ciilin dekabrın 18-də olub – 1,5668 manat.