Avronun məzənnəsi dollar qarşısında daha da azalaraq 2002-ci ilin rekordunu təzələyib.
FED.az xəbər verir ki, ilk dəfə olaraq 1 avro 0,9859 dollara bərabər olub. Forex Capital Markets-in məlumatına görə, avro-dollar cütlüyü üzrə məzənnə 0,9811 dollar olub. Sonradan avro bir qədər dirçələrək 0,9847-yə yüksəlib.