Pandemiya başlayandan bəri ümumilikdə 1,3 milyard manat məbləğində 57 mindən çox kredit restrukturizasiya olunub.
Eləcə də bax: Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi - 5%-DƏN AŞAĞI DÜŞÜB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankınin “2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətini əsas istiqamətləri barədə” bəyanatında qeyd olunur.
Bildirilir ki, restrukturizasiya olunmuş kreditlərin məbləğ üzrə 87 %-i biznes, 9 %-i istehlak, 4 %-i ipoteka kreditlərinin payına düşüb.
Qeyd edək ki, 2021-ci ilin əvvəlində pandemiya ilə bağlı tətbiq olunmuş yumşalmalardan sonra restrukturizasiya portfelinin ödənişləri üzrə müsbət dinamika müşahidə olunub. Bu il noyabrın 30-na pandemiya ilə əlaqədar restrukturizasiya olunmuş portfelin qalıq məbləği 0,7 milyard manat təşkil edib.