Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə indiyə qədər ölkədə 4 şirkətə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilib.
Eləcə də bax: Mərkəzi Bank valyuta aktivlərinin idarə edilməsindən gəlirini - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə qurumun internet səhifəsində bildirilir.
Məlumata görə, həmin şirkətlər “Eliko”, “Delta Capital”, “Zuhur” və “Bakı Mərkəzi Valyuta” MMC-lərdir. 1-ci şirkət 2020-ci ildə, 2-ci şirkət 2021-ci ildə, 3-cü və 4-cü şirkətlər isə 2022-ci ildə lisenziya alıb.
(Report)