Azərbaycanda 2024-cü ildə yaşayış minimumunun məbləği 212 manata, o cümlədən əmək qabiliyyətli əhali üçün 225 manata, pensiyaçılar üçün 176 manata, uşaqlar üçün isə 190 manata çatdırılacaq.
Eləcə də bax: Gələn il üçün Azərbaycanda yaşayış minimumunun məbləği - Açıqlandı
FED.az xəbər verir ki, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.
Qeyd olunub ki, 2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün isə 175 manat məbləğində proqnozlaşdırılır.
2023-cü ildə bu göstəricilərin müvafiq olaraq 207 manat, 219 manat, 171 manat və 185 manat məbləğində olacağı proqnozlaşdırılır. (Apa)