Gələn il üçün Azərbaycanda yaşayış minimumunun məbləği açıqlanıb.
Eləcə də bax: 2021-ci il dövlət büdcəsinin layihəsi Milli Məclisə - Təqdim Olunub
FED.az xəbər verir ki, bu, 2021-ci il dövlət büdcənin layihəsində əksini tapıb.
Bildirilib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.