2021-ci ilin 9 ayında tədiyə balansının ümumi saldosu 2 milyard 437 milyon dollar təşkil edib.
Eləcə də bax: Neft Fondunun böyük həcmdə vəsaiti əlavə gəlir gətirmək imkanından - KƏNARDA QALIB
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənmişdir. Cari əməliyyatlar balansında 3.9 milyard dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1.5 milyard dollarlıq kəsir yaranmış, ehtiyat aktivləri 2.4 milyard dollar artmışdır.
Qeyd edilib ki, bu dövrdə xam neftin orta qiyməti 62 dollar/barel olmuş, qeyri-neft ixracı isə 38% artaraq 1.7 milyard dollar səviyyəsində formalaşmışdır.
Cari əməliyyatlar hesabı
2021-ci ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 3.9 milyard və ya ÜDM-in 10.7%- ni təşkil etmişdir (2020-cu ilin 9 ayı üzrə 208.3 milyard dollar kəsir olmuşdur). Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.1 dəfə artaraq 8.2 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 1.5% artaraq 4.3 milyard dollar məbləğində olmuşdur. (Marja)