Azərbaycan Mərkəzi Bankı 2021-ci ildə tədiyə balansını açıqlayıb.
Eləcə də bax: Azərbaycanın cari hesabının profisiti - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, ötən il tədiyə balansının saldosu müsbət 3 milyard 81.4 milyon dollar təşkil edib. 2020-ci ildə tədiyə balansının saldosu mənfi 1 milyard 987.7 milyon dollar təşkil etmişdi.
Qeyd edilib ki, əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyrineft ixracının əhəmiyyətli artımından təsirlənmişdir. Cari əməliyyatlar balansında 8.3 mlrd. dollar, profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5.1 mlrd.dollar kəsir yaranmış, ehtiyat aktivləri 3.1 mlrd. dollar artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 67 dollar/barel olmuş, qeyri-neft ixracı isə 44% artaraq 2.6 mlrd. dollar səviyyəsində formalaşmışdır.
Cari əməliyyatlar hesabı
2021-ci il üzrə cari əməliyyatlar hesabının profisiti 8.3 mlrd.dollar və ya ÜDM-in 15.2%-ni təşkil etmişdir (2020-ci il üzrə 227.6 mln.dollar kəsir olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilə nəzərən (ö.i.n.) 2.8 dəfə artaraq 14 mlrd.dollar, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 7.7% artaraq 5.7 mlrd.dollar məbləğində olmuşdur.
Xarici ticarət balansı
2021-ci il üzrə xarici ticarət dövriyyəsi 32.1 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 17.5 mlrd.$ həcmində profisit qeyri-neft sektoru üzrə 6.2 mlrd.$ həcmində kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 11.3 mlrd.$-lıq profisit yaranmışdır. Hesabat dövründə Azərbaycanın dünyanın 189 dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 14%-i MDB üzvü olan dövlətlərin, 86%-i isə digər xarici dövlətlərin payına düşür.
Əmtəə ixracı
Hesabat dövründəəmtəə ixracı 21.7 mlrd.$ (1.7 dəfə artım) təşkil etmişdir. Dövr ərzindəəsasən dünya neft bazarlarında xam neftin ö.i.n. bahalaşması (64%) səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 1.8 dəfə artaraq 19.1 mlrd.$ olmuşdur. İxrac olunmuş neft məhsullarının (13.5 mlrd.$) 12.7 mlrd.$-ı xam neftin, 0.8 mlrd.$-ı isə neft emalı məhsullarının payına düşür. 2021- ci il üzrə qeyri-neft ixracı 43.8% artaraq 2.6 mlrd.$ olmuşdur.
Əmtəə idxalı
2021-ci il üzrəəmtəə idxalı ö.i.n. 3.4% artaraq 10.4 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 5 mlrd.$ olmuş, bunun da 1.7 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 7.2% artaraq 8.8 mlrd.$ olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (2.7 dəfə), portativ hesablama maşınlarının (64,6%), yük avtomobillərinin (59.4%), şəkərin (42.6%), əczaçılıq məhsullarının (40.1%), ətir və kosmetik vasitələrinin (36%), alkoqollu və alkoqolsuz içkilərinin (27.2%), ağac məmulatlarının (25.5%), mebel məhsullarının (23.7%), daş və şüşə məmulatlarının (22.1%), palma yağının (12.8%), tərəvəz məhsullarının (10.5%), kağız məmulatlarının (8.6%), dənli bitkilərin (7.8%), metalların (6.5%) və tütün məhsullarının (6.3%) idxalı artmış, uçuş aparatlarının (9.9 dəfə), dəmiryol nəqliyyat vasitələrinin (38.6%), rabitə qurğularının (14,1%), kərə yağının (3.5%), gəmilər, qayıqlar və üzən konstruksiyaların (3.3%), sabun və yuyucu vasitələrin (2.9%) idxalı isə azalmışdır.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8% təşkil edərək 0.8 mlrd.$ olmuşdur.
Xidmətlər balansı
2021-ci il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 9.7 mlrd.$ təşkil etmişdir. Bunun 5.9 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 3.8 mlrd.$-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə 3 göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 25.3% azalaraq 2.1 mlrd.$ olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1.6 mlrd.$ (31.9% azalma) olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 477.7 mln.$ (12.6% artım) olmuşdur
Qarşılıqlı xidmətlər dövriyyəsinin 40.8%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 4 mlrd.$ olan nəqliyyat xidmətlərinin 60.5%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi iləəlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2.4 mlrd.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.6 mlrd.$ təşkil etmişdir.
Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.n. 12.7%, idxalı isə 20.2% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ildə 0.3 mlrd.$ olan profisit, 2021-ci ildə 0.8 mlrd.$-a (2.4 dəfə artım) yüksəlmişdir.
2021-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 22.1% azalaraq 0.9 mlrd.$ təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (0.6 mlrd.$) ixracı (0.3 mlrd.$) üstələməsi nəticəsində 0.3 mlrd.$ həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16.3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 0.5% azalmışdır.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 561.6 mln.$ olmuşdur. Bunun 87%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 35.4% azalaraq 18.7 mln.$ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 29% artaraq 961 mln.$ olmuşdur.
İlkin gəlirlər balansı
Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.8 mlrd.$ kəsir, qeyri-neft sektoru üzrə isə 0.5 mlrd.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 2.9 dəfə artaraq 1.3 mlrd.$ təşkil etmişdir.
İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 4.9 mlrd.$ olmuşdur. Bunun 63.3%-i (3.1 mlrd.$) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isəəsas hissəsini (2.3 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2.1 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrəəsasən xam neft şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (0.3 mlrd.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (0.3 mlrd.$) və digər ödənişlər (0.2 mlrd.$) təşkil etmişdir. (Marja)