Birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 11,9 milyon dollar, xalis maliyyə öhdəlikləri isə 358,6 milyon dollar azalmışdır. Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1,5 milyard dollar, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 330,5 milyon dollar olmuşdur.
Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı xidmətlər dövriyyəsi 3,8 milyard dollar olub
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 87,6% təşkil etmişdir. 2024-cü ilin I rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-357,1 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (1 322,0 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (1679,1 milyon dollar əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 186,5 milyon dollar olmuşdur.