Bu ilin I yarısında Azərbaycan xalis maliyyə aktivlərini 3 376,3 milyon ABŞ dolları artırıb.
Eləcə də bax: Taleh Kazımov: "Bank sektoru maliyyə sənayesində dominantlıq edən sektordur"
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 62,8 milyon ABŞ dolları artması (ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə az), portfel investisiyalarının 280,5 milyon dollar artması (10 % çox), digər investisiyaların isə 3 033,0 milyon dollar artması (11,8 dəfə çox) təmin edib. (Report)