Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qırğızıstan, Tacikistan və Türkmənistanda regional rəhbəri təyin olunub.
Eləcə də bax: “Azərbaycanlı iş adamları xüsusi bir sahibkarlıq geninə malikdir” - MÜSAHİBƏ
FED.az bu barədə Banka istinadən məlumat verir.
Qeyd olunur ki, ofis Qırğızıstanın paytaxtı Bişkekdə yerləşəcək. A.Rüstəmova 2021-ci il sentyabrın 1-də vəzifələrinin icrasına başlayacaq.
Azərbaycan vətəndaşı olan Aytən Rüstəmova 2001-ci ildən AYİB-də işə başlayıb. O, 2017-ci ildə AYİB-in Tacikistanda regional rəhbəri təyin olunub. (Trend)