Azərbaycan Mərkəzi Bankı (AMB) və Türkiyə Mərkəzi Bankı (TMB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Eləcə də bax: Azərbaycandan Türkiyəyə pul köçürmələri - 24% Artıb
FED.az AMB-yə istinadən xəbər verir ki, memorandumun məqsədi hər iki ölkənin mərkəzi bankçılıq sahəsində əlaqələrinin dərinləşdirilməsi, məlumat mübadiləsi və əməkdaşlığın gücləndirilməsidir.
Sənədə əsasən, tərəflər arasında mərkəzi bankçılığın müxtəlif istiqamətlərində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, eləcə də mərkəzi bankçılıq məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.
"AMB və TMB arasında uzun illər ərzində intensiv əməkdaşlıq əlaqələri formalaşıbvə bu əməkdaşlıq çərçivəsində mərkəzi bankçılığın müxtəlif funksional sahələri üzrə birgə texniki yardım layihələri həyata keçirilib. Memorandum iki ölkənin bütün istiqamətlərdə olduğu kimi, mərkəzi bankları arasında da əməkdaşlığın daha da möhkənməsinə xidmət edəcək, mərkəzi bankçılığın və bütövlükdə hər iki ölkənin bank sisteminin inkişafına öz töhfəsini verəcək", - deyə AMB bəyan edib.(Report)