Azərbaycan və Özbəkistanın mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb.
"Azərbaycan və Tacikistan bank sektorunda əlaqələri möhkəmləndirmək istəyir"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Tacikistana baş tutan işgüzar səfər çərçivəsində Özbəkistan Mərkəzi Bankının sədri Mamarizo Nurmuratovla görüşdən məmnun olduq. Görüş zamanı rəhbərlik etdiyimiz qurumlar arasında tərəfdaşlığın genişləndirilməsinə, təcrübə və məlumat mübadiləsinin aparılmasına, eləcə də ikitərəfli səfərlərin təşkilinə xidmət edəcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. İnanırıq ki, Memorandum hər iki mərkəzi bank arasında əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcək", - deyə o qeyd edib.