Azərbaycan və Tacikistanın mərkəzi bankları arasında əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib.
Azərbaycanın strateji valyuta ehtiyatları 70 milyard dollara çatıb
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında bildirib.
"Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun Toplantısı çərçivəsində Düşənbəyə işgüzar səfərimiz başlayıb. Səfər çərçivəsində ilk görüş tacikistanlı həmkarım Firdavs Tolibzoda ilə baş tutdu. Tacikistanın Seçki Qrupunun Toplantısı kimi mühüm tədbirə ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdıraraq dəvətə görə təşəkkürümü bildirdim. Görüşdə mərkəzi banklar arasında əməkdaşlığın mövcud vəziyyətini, əlaqələrin daha da möhkəmləndirilməsi imkanlarını müzakirə etdik", - deyə o qeyd edib.