Azərbaycan və Özbəkistan mərkəzi bankları arasında əməkdaşlığın gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Eləcə də bax: Mərkəzi Bank Türkiyənin sığorta nəzarəti qurumu ilə - ƏMƏKDAŞLIQ EDƏCƏK
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) "Twitter" hesabında bildirilib.
Məlumata görə, Özbəkistan Respublikasında səfərdə olan AMB-nin nümayəndə heyəti “2-ci Özbəkistan İqtisadi Forumu” (UEF22) çərçivəsində Özbəkistan Mərkəzi Bankının sədr müavini Behzod Hamraevinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.