Azərbaycan Mərkəzi Bankı (AMB) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qiymətli kağızlar bazarının inkişaf etdirilməsi müzakirə edilib.
Taleh Kazımov BƏƏ-nin Mərkəzi Bankının sədri ilə görüşüb
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bankın nümayəndə heyətinin BƏƏ-yə səfəri çərçivəsində Əmirliklərin Qiymətli Kağızlar və Əmtəələr Təşkilatının nümayəndələri ilə görüşü keçirilib.
Görüşdə BƏƏ-nin qiymətli kağızlar bazarının inkişafı, mövcud investisiya imkanları və hər iki ölkənin nəzarət qurumları arasında əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb.