Azərbaycan Mərkəzi Bankı (AMB) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"BƏƏ-yə işgüzar səfərimiz çərçivəsində ilk görüşümüz Əbu-Dabi şəhərində BƏƏ-nin Mərkəzi Bankının (centralbankuae) sədri Xaled Məhəmməd Balama ilə oldu.
Görüş zamanı ölkələrimiz arasında mövcud iqtisadi əlaqələr, hər iki ölkənin maliyyə sektorunun inkişafı, mərkəzi banklar arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.