2022-ci ilin 9 ayın yekunları üzrə Azərbaycan Respublikasının tədiyə balansı açıqlanıb.
Azərbaycan bu il xalis maliyyə öhdəliklərini - 4 Milyard dollara yaxın azaldıb
FED.az Mərkəzi Banka istinadən təqdim edir.
Qeyd edək ki, 2022-ci ilin 9 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənmişdir. Cari əməliyyatlar balansında 17.7 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 9.6 milyard dollar kəsir yaranmış, ehtiyat aktivləri 7.6 milyard dollar artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 107 dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 21.5% artaraq 2 milyard dollar səviyyəsində formalaşmışdır.
2022-ci ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 17.7 milyard dollar və ya ÜDM-in 30.7%-ni təşkil etmişdir (2021-ci ilin 9 ayı üzrə 3.9 milyard dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2.6 dəfə artaraq 21.4 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə əməliyyatlar balansının profisit kəsiri isə 12.1% azalaraq 3.7 milyard dollar məbləğində olmuşdur.
Ətraflı aşağıdakı hesabatdan tanış ola bilərsiniz. (Marja)