Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xalis maliyyə öhdəliklərini 3 848,7 milyon ABŞ dolları məbləğində azaldıb.
Dövlət büdcəsində 3 milyard manatdan çox - ARTIQLIQ YARANIB
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, azalmanı Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 4 577,9 milyon dollar artması (ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 % çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 8 237,5 milyon dollar azalması (92,4 % çox), neft bonusunun 452,2 milyon dollar artması (0,4 % az), portfel investisiyalarının 235,8 milyon dollar azalması (32,7 % çox), digər investisiyaların isə 405,5 milyon dollar azalması (7,6 % çox) təmin edib. (Report)