Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) sahəsi 24,000 kvadratmetr olacaq üç müasir və enerjiyə qənaət edən anbarın tikintisi üçün Azərbaycanın "Gemza Group" şirkətinə 5,6 milyon avro kredit ayırıb.
AYİB "Gemza Group LLC"yə 6 milyon avroya yaxın - KREDİT VERƏCƏK
FED.az xəbər verir ki, AYİB və "Gemza Group" arasında müqavilə imzalanıb.
AYİB-in məlumatında bildirilir ki, kredit Azərbaycanda modern anbarların əlçatanlığını təmin etmək, ölkənin təchizat zəncirinin dayanıqlığını gücləndirmək və Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) boyunca anbar tutumu imkanlarını artırmaq üçün nəzərdə tutulub.
Həmçinin, müqavilə enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla 1 MVt-a qədər elektrik enerjisi istehsalı məqsədi ilə həmin ərazidə günəş panellərinin quraşdırılmasını da əhatə edir.
"Gemza Group" Azərbaycanda mühəndislik, satınalma və təmir xidmətləri göstərən uğurlu yerli müəssisədir. Şirkət, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və bəzi Orta Asiya bazarlarında müştərilərlə işləyərək, öz müəssisəsində mexaniki avadanlıqlar üçün ehtiyat hissələri istehsal edir və təmir işləri aparır.