Azərbaycan qlobal elektron hökumət (GovTech -GTMI) inkişaf indeksində 8 pillə irəliləyib.
Xaricdə oturub Azərbaycanda MMC yaratmaq mümkün olacaq - YENİLİKLƏR BAŞLAYIR
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının yeni GovTech indeksinin Avropa və Mərkəzi Asiya üzrə xülasəsində bildirilib.
Məlumata görə, ötən il qiymətləndirmələr nəticəsində Azərbaycan GTMI indeksi üzrə ən yüksək nəticə göstərən 12 ölkədən biri olub. Azərbaycan indeksi 0.604 baldan 0.775 bala kimi artırmaqla Avropa və Mərkəzi Asiya ölkələri arasında 21-ci sıradan 13-cü sıraya yüksəlib. Eyni zamanda B qrupu ölkələri sırasından A qrupuna ölkələri sırasına daxil olub.
Qeyd edək ki, GovTech indeksi üzrə Azərbaycanla yanaşı, Albaniya, Çexiya, Macarıstan, Qazaxıstan, Kosovo, Latviya, Moldova, Rusiya Federasiyası, Serbiya, Ukrayna və Özbəkistan da irəliləyib.
Qeyd edək ki, Dünya Bankının GTMI indeksi ölkələrdə rəqəmsal xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi, əsas hökumət sistemlərinin dəstəklənməsi, vətəndaşların cəlb edilməsinin əsas istiqamətlərə yönəldilməsi və GovTech imkanlarını qiymətləndirir. GTMI-nin məqsədi yeni rəqəmsal transformasiya layihələrinin formalaşmasına kömək etməkdir. (Apa)