İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ində nəzərdə tutulan xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosesinin təkmilləşdirilməsi ilə bağlı görüləcək işlərlə əlaqədar görüş keçirilib.
Mərkəzdən FED.az-a bildirilib ki, görüşdə İİTKM, Dövlət Vergi Xidməti (DVX) və “B.est Solutions” MMC-nin nümayəndələri tərəfindən xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı ilə bağlı Yol Xəritəsində nəzərdə tutulan təkmilləşmə imkanları barədə mümkün olan texniki həllər və digər məsələlər müzakirə olunub.