26 yanvar 2023-cü il tarixdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən qiymətləndiricilər üçün “Daşınmaz əmlakın bütün növlərinin (yaşayış, qeyri-yaşayış, torpaq) qiymətləndirilməsi” mövzusunda 12 günlük tədris kursunun keçirilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, mühazirələr AQC-nin mütəxəssisləri və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri tərəfindən aparılacaq, sonda isə imtahandan uğurlu nəticələr əldə edə biləcək şəxslərə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin peşə hazırlığını təsdiq edən Sertifikat təqdim olunacaq. Bütün iştirakçılar üçün isə iştirakçı sertifikatının təqdim edilməsi nəzərdə tutulur. Kursların keçirilmə müddəti 12 gün, imtahanlara hazırlıq üçün müddət 7 gün müəyyən edilmişdir. Təkrar imtahanlar ödənişli əsaslarda (120 AZN) keçiriləcək.
Bu kurslarda iştirak haqqı hər nəfər üçün 300 AZN təşkil edir. Kursda iştirak etmək arzusunda olan şəxslərdən xahiş olunur ki, tələb olunan sənədləri [email protected] email ünvanına göndərsinlər. Sənədlər şirkətlər tərəfindən möhürlə təsdiqlənməlidir, iştirakçı fərdi qaydada müraciət edirsə təsdiq tələb olunmur.
Tələb olunan sənədlər:
1) şəxsiyyət vəsiqəsi;
2) təhsil haqqında sənəd;
3) İş yerindən arayış;
4) Məhkumluq haqqında arayış.
Kurs 26.01-11.02.2023-cü il tarixlərində keçiriləcəkdir. Kurs Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 (Dəmirçi Plaza) ünvanında 25-ci mərtəbədə yerləşən konfrans zalında keçiriləcək.
Əvvəlcədən təşəkkür edirik!
Hörmətlə, AQC “Tədris, təlim və sertifikatlaşdırma” departamenti
Ünvan: Bakı ş. Xətai r. Babək pr. Ələddin Quliyev 11/31,
“C” girişi, 13-cü mərtəbə, 9 saylı ofis
Ofis: (+994)12 488 05 56
Mob: (+994)55 453 75 01
E-mail: [email protected]
Web: www.aqc.az