2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,7 milyard ABŞ dolları təşkil edib.
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu - 16% ARTIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, birbaşa xarici investisiyalarda ilk 5 ölkə Böyük Britaniya (1,9 milyard ABŞ dolları), Türkiyə (1,3 milyard ABŞ dolları), Kipr (792 milyon ABŞ dolları), Rusiya (617 milyon ABŞ dolları) və İran (396 milyon ABŞ dolları) olub. (Report)