2024-cü ilin yanvar-fevral aylarında əsas kapitala 2638,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çox investisiya yönəldilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 17,1 faiz artıb.
İstifadə olunmuş investisiyanın 1439,7 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 1064,7 milyon manatı (40,3 faizi) xidmət sahələrinə, 133,7 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 2121,3 milyon manatını və ya 80,4 faizini daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların 1921,3 milyon manatı və ya 72,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.