Azərbaycan hökuməti bu il neftin dövlət büdcəsində nəzərdə tutulmuş qiymətinin (hazırda 50 ABŞ dollarıdır) artırılmasını istisna etmir.
Nazir neft qiymətinin büdcədə 85 dollar olmasına - AYDINLIQ GƏTİRİB
FED.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.
"Bu il biz neftin büdcə qiymətini 50 dollardan götürmüşük, amma may ayında bu qiymətdə artım ola bilər. Gözləntilərimiz yüksəkdir", - deyə o qeyd edib.
Bundan başqa, hökumət başçısı deyib ki, ölkədə süni qiymət artımı halları var və bununla mübarizə aparılır: “Süni qiyməti artımları ilə bağlı gündəlik monitorinqlər keçirilir və bunun qarşısını almaq hökumətin əsas vəzifəsidir. Mübarizəni bundan sonra ciddiləşdirəcəyik”. (Report)