2024-cü ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 403,9 milyon dollar da azalaraq 10 milyard 967.8 milyon dollara düşüb.
Oktyabrda Mərkəzi Bankın valyuta ehtiyatları 424,1 milyon dollar azalıb
Bu barədə FED.az Mərkəzi Banka istinadən xəbər verir.
Oktyabr ayında Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 424,1 milyon dollar azalaraq 11 milyard 371,7 milyon dollara geriləmişdi.
Son 2 ayda (oktyabr-noyabr) Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 828 milyon dollar azalıb.
2024-cü ilin Sentyabr ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 11 milyard 795,8 milyon ABŞ dollarına çatmışdı.
Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə valyuta ehtiyatlarından xüsusi satışlar həyata keçirib. Bununla əlaqədar olaraq rəsmi ehtiyatlar azalıb.