Azərbaycan Mərkəzi Bankının strukturunda olan İnformasiya və kibertəhlükəsizlik departamentinin adı dəyişdirilib.
Mərkəzi Bank: Bank sektoru üzrə kredit riskləri stabil olaraq qalmaqdadır
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, AMB İdarə Heyətinin 10 mart 2026-c il tarixli qərarı ilə orqan bundan sonra İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamenti kimi fəaliyyətini davam etdirəcək.
Departamentə Eyvazlı Elnur Yaşar oğlu əvvəlki kimi rəhbərlik edəcək.
Departamentin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankda informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizənin təmin edilməsi, Mərkəzi Bankın nəzarət etdiyi subyektlərin bu istiqamətdə nəzarət tədbirləri ilə əhatə edilməsi, onların bu sahələrdə fəaliyyətlərinin əlaqələndirilməsi, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıq üzrə davamlılığın təmin edilməsi və risklərin vaxtında aşkarlanaraq qarşısının alınmasından ibarətdir.
Departamentin strukturunda üç şöbə – İnformasiya təhlükəsizliyi mühəndisliyi şöbəsi, Kiberhücumların simulyasiyası və tətbiq təhlükəsizliyi şöbəsi, Təhlükəsizlik əməliyyat mərkəzi şöbəsi, İnformasiya, kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsi və Rəqəmsal fırıldaqçılıqla mübarizə və monitorinq şöbəsi var.













