Azərbaycanın bank sektoru üzrə kredit riskləri stabil olaraq qalmaqdadır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Maliyyə Hesabatı"nda bildirilib.
Hesabata əsasən, 2025-ci il ərzində bankların qeyri-işlək portfelinin həcmi 16.4% (107 mln. manat) artaraq 763 milyon manat təşkil edib.
Qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58 milyon manat artım, biznes kreditlərində 54 milyon manat artım, ipoteka kreditlərində isə 5 milyon manat azalma baş verib.
Nəticədə, qeyri-işlək portfelin cəmi kredit portfelində payı yarımil ərzində 0.1 faiz bəndi artaraq 2.5% təşkil edib.













