“Qarabağla bağlı bizim çox geniş proqramımız var. Orada biz maliyyə-bank infrastrukturunu formalaşdırmaq istəyirik”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfrasında deyib.
Eləcə də bax: Mərkəzi Bank faiz qərarını açıqladı - SON DƏQİQƏ
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum işğaldan azad edilmiş əraizlərdə iki nümayəndəlik açacaq.
“Artıq bank sektoru ilə geniş müzakirələrimiz var. Onlar buna müsbət yanaşırlar. AMB-nin orada iki böyük ərazi idarəsi olacaq. Arzu edirik ki, onlardan biri Şuşada olsun", - deyə E.Rüstəmov qeyd edib. (Report)