"Hazırda lizinqlə bağlı yeni qanun layihəsi hazırlanıb, artıq baxılma mərhələsindədir"
Eləcə də bax: Mərkəzi Bank: "Bankların açıq bankçılıq platformasına inteqrasiyası başa çatıb"
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev bildirib.
Onun sözlərinə görə, hazırda lizinq şirkətləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməklə fəaliyyət göstərdiyinə görə bu şirkətlər Mərkəzi Bankın nəzarətinə aid deyil:
"Bununla belə biz bir neçə hesablama sistemləri hazırlamışıq. Hazırda baxılma mərhələsindədir. Qanun qüvvəyə minəndən sonra lizinq şirkətlərinə və lombarda Mərkəzi Bankın nəzarət etməsi nəzərdə tutulur".