Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış açıq bankçılıq platformasına bankların inteqrasiyası başa çatıb.
Eləcə də bax: Azərbaycanda ilk dəfə milli reytinq agentliyi - YARADILACAQ
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Ani ödənişlər sisteminin təminatı şöbəsinin rəisi Emil Abbasov məlumat verib.
O, ani ödəniş sisteminin inkişafı istiqamətində əldə olunan nailiyyətləri belə təsnifləşdirib:
“Ani ödənişlər ənənəvi ödəniş sistemindən fərqli olaraq 7/24 rejimində fəaliyyət göstərir. Ani ödənişlər sitemindən köçürülmüş ödənişlər birbaşa müştərilərin bank hesablarında işlənilir".
E. Abbasov əlavə edib ki, hazırda bank olmayan ödəniş xidmət təchizatlarının sistemə inteqrasiyası üzrə işlər davam etdirilir: "Yaxın vaxtlarda banklarla yanaşı, onların da ödəniş sistemlərinə birbaşa çıxışları təmin ediləcək”.
Qeyd edək ki, ani ödənişlər sistemlərinin sürətlə inkişafı rəqəmsal ödənişlərin effektiv səviyyəsini yüksəldəcək. İştirakçılar üçün likvidliyin dərhal təmin olunmasına şərait yaradacaq. (Report)