Cari ilin oktyabr ayında Azərbaycan manatının ümumi nominal effektiv məzənnəsi 104,8 bənd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu da cari ilin sentyabr ayı ilə müqayisədə 1,7 bənd (1,6%) çoxdur.
Sentyabr ayında manatın ümumi nominal effektiv məzənnəsi 103,1 bənd təşkil edib.
İllik müqayisədə nominal effektiv məzənnə isə 6,2 bənd (6,3%) artıb.
Keçən ilin eyni dövründə bu göstərici 98,6 bənd təşkil edib
Qeyri-neft sektoru üzrə məzənnə oktyabr ayında 171.7 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 3,2 bənd (1,9%) illik, 29,4 bənd (20,7%) çoxdur.