Azərbaycan Mərkəzi Bankı (AMB) manatın nominal effektiv məzənnəsinin artması hesabına inflyasiyanı müəyyən qədər azaldıb.
İlin sonuna Azərbaycanda inflyasiyanın - 6-7 Faizədək Azalacağı Gözlənilir
FED.az xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov “Global Finance”a müsahibəsində bildirib.
"Apardığımız təhlillər daxili bazarda qiymətlərin xarici amillərlə əlaqədar yüksəldiyini göstərir. Aydındır ki, xaricdən qaynaqlanan inflyasiya təzyiqlərini cilovlamaqda AMB-nin pul siyasəti alətləri daha az səmərəli olacaq. Bu müddət ərzində Azərbaycan, yüksək qlobal ərzaq və enerji qiymətlərindən əhəmiyyətli dərəcədə təsirlənən əsas ticarət tərəfdaşlarından inflyasiya idxal edib. Əsas strategiyamız uçot dərəcəsini artırmaqla tələb amillərini nəzarət altında saxlamaqdır. Bundan başqa, xarici valyuta təklifinin həddindən artıq olduğu dövrlərdə yerli valyutanın məzənnəsinin sabitliyini qoruduq", - deyə o qeyd edib.
“Neft gəlirləri məcmu tələb kanalı vasitəsilə inflyasiyaya birbaşa təsir göstərmir. İnstitusional çərçivəyə uyğun olaraq, Dövlət Neft Fondu (ARDNF) bütün neft və qaz gəlirlərini alır və həmin gəlirin əvvəlcədən müəyyən edilmiş məbləğini fiskal qaydaya uyğun olaraq dövlət büdcəsinə köçürür", - deyə baş bankir əlavə edib. (Report)