Cari ilin oktyabr ayında Azərbaycan manatının real effektiv məzənnəsi 121.5 bənd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu da cari ilin sentyabr ayı ilə müqayisədə 3,8 bənd (3%) azdlr.
Sentyabr ayında manatın real effektiv məzənnəsi 125,3 bənd təşkil edib.
İllik müqayisədə real effektiv məzənnə isə 1,9 bənd (1,5%) azalıb.
Keçən ilin eyni dövründə bu göstərici 123,4 bənd təşkil edib
Qeyri-neft sektoru üzrə məzənnə oktyabr ayında 123 bənd təşkil edib ki, bu da illik müqayisədə 9,9 bənd (8,8%) aylıq, 1,4 bənd (1,2%) çoxdur.