Bu ilin oktyabr ayında Azərbaycan manatının dövretmə sürəti 3,62 bənd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, sentyabr ayı ilə müqayisədə 0,03 faiz bəndi (0,8%), ötən ilin oktyabr ayı ilə müqayisədə 1,02 faiz bəndi (22%) azdır.
Bu ilin sentyabr ayında manatın dövretmə sürəti 3,65 faiz bəndi, 2022-ci ilin oktyabr ayında 1,02 faiz bəndi təşkil edib.