Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupu tərəfindən görülən işlər sayəsində Azərbaycan Dünya Bankının "Doing Business" hesabatı üzrə 190 ölkə arasında kreditlərin əldə edilməsi üzrə birinci yerdə qərarlaşıb.
Dünya Bankı Azərbaycanda 52 layihə üçün 4 milyard dollardan yuxarı məbləğdə dövlət krediti ayırıb
FED.az xəbər verir ki, bunu “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev "Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun iclasında deyib.
O bildirib ki, bu uğur bizə maliyyə sahəsi istiqamətində görülən işlərin mühüm bazasının yaradıldığını göstərir.
Vüsal Şıxəliyev çıxışında əlavə edib ki, Mərkəzi Bank tərəfindən yaşıl maliyyə ilə bağlı yaşıl kreditlərin verilməsi ilə bağlı həmçinin yaşıl istiqrazların verilməsi ilə bağlı işlər görüləcək.