İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) nizamnamə kapitalı 66 milyon 197 min 800 manat və yaxud 24,8 % azaldılıb.
SOCAR və Azərbaycan İnvestisiya Şirkəti “Şəfəq” layihəsinə daxil olmaq niyyətindədir - SAZİŞ İMZALANDI
FED.az xəbər verir ki, şirkətin kapitalı 267 milyon manatdan 200 milyon 802 min 200 manata endirilib.
Xatırladaq ki, AİŞ ölkə Prezidentinin 30 mart 2006-cı il tarixli, "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" sərəncamı ilə yaradılıb. Şirkətin əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsidir. (Report)