bp nümayəndə heyəti SOCAR rəhbərliyi ilə də görüş keçirib.
İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini - QƏBUL ETDİ
FED.az xəbər verir ki, bp-nin yaydığı məlumatda bildirilir ki, görüşdən sonra Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) nümayəndələri ilə birgə tərəflər arasında Qoşulma Sazişi imzalanıb. Bu sənəd SOCAR-ın və AİŞ-in “Şəfəq” (Sunrise) layihəsinə daxil olmaq niyyətini əks etdirir.
Qeyd edək ki, "Şəfəq” günəş elektrik stansiyası layihəsidir.