2025-ci ilin ilk rübü ərzində Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların ümumi həcmi 1,5 milyard dollar olub.
Tədiyə balansının ehtiyat aktivləri 413 milyon dollar azalıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov brifinqdə çıxışı zamanı məlumat verib.
Samir Nəsirovun açıqlamasına görə, cari ilin birinci rübündə ölkəyə ümumilikdə 229,5 milyon ABŞ dolları məbləğində pul baratı daxil olub. Eyni dövrdə Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların ümumi həcmi isə 1,5 milyard dollar təşkil edib.
Bu sərmayələrin böyük hissəsi cəmi beş ölkədən daxil olub. Siyahının başında Birləşmiş Krallıq qərarlaşıb – ölkədən Azərbaycana 405,8 milyon dollar vəsait yönəldilib. Türkiyə 300,9 milyon dollarla ikinci, Kipr isə 181 milyon dollarla üçüncü yerdə qərarlaşıb. İlk beşliyi Birləşmiş Ərəb Əmirlikləri (110,3 milyon dollar) və İran (90,1 milyon dollar) tamamlayır.