2025-ci ilin I rübü ərzində tədiyə balansının ehtiyat aktivləri 413 milyon ABŞ dolları azalıb.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edilib ki, 2025-ci ilin I rübü üzrə Azərbaycan iqtisadiyyatı üçün xarici mühit əlverişli olub. Bu dövrdə tədiyə balansının cari əməliyyatlar hesabında 1.1 milyard ABŞ dolları həcmində profisit formalaşmış kapital və maliyyənin hərəkəti balansında isə 1.2 milyard ABŞ dolları kəsir yaranıb. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi 0.4 milyard ABŞ dolları azalıb. Bununla belə, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 2.5 milyard ABŞ dolları artaraq 73.5 milyard ABŞ dollarına çatıb.