Azərbaycanda manatla geniş pul kütləsi son bir ayda 1,8%, cari ilin əvvəlindən isə 1% artıb.
Eləcə də bax: Kreditlərin restrukturizasiyası üzrə 1,4 milyard manatlıq müraciət var
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatına kredit qoyuluşları cari ilin yanvar-oktyabr aylarında 1,9%, o cümlədən real sektora 2,6% artıb.
"Mərkəzi Bankın qısamüddətli notlar üzrə faiz dərəcələri ötən iclasdan bəri (18 sentyabr – red.) azalaraq faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə formalaşıb ki, bu da bank sektorunun likvidliyi mövqeyindən irəli gəlir. Belə şəraitdə banklararası bazarda orta faizlərin və dövlət qiymətli kağızların gəlirliyinin azalması davam edir", - deyə E. Rüstəmov qeyd edib.