"Azərbaycan Mərkəzi Bankının (AMB) koronavrus (COVID-19) pandemiyası ilə əlaqədar müəyyən etdiyi prudensial yumşalma tədbirlərinin müddəti əvvəl sentyabrın sonuna qədər nəzərdə tutulsa da, sonradan ilin sonuna qədər artırılıb”.
Eləcə də bax: «S&P Global Ratings» Azərbaycanın bank sistemi barədə - Problemli Kreditlər Artacaq
FED.az xəbər evrir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün faiz dəhlizi ilə bağlı qərarı həsr olunan və onlayfn keçirilən mətbuat konfransında FED.az-ın sualına cavab olaraq bildirib,
Onnu sözlərinə görə, indiyədək hökumət və Mərkəzi bank tərəfindən biznesə dəstək verilib. Və bu tədbirlər çərçivəsində banklarda kredit portfelinin bir hissəsi restrurukturizasiya edilib.
Beləliklə, martın əvvəlindən oktyabrın əvvəlinə 1,4 mlyard manatlıq kredit restrukturizasiya edilib. Bu qərarların 87% artıq icra edilib. E.Rüstəmov bildirib ki, müraciətlərdən 20 mini biznes kreditlərinə, 31 mini isə istehlak kreditlərinə aiddir. Ayrıca olaraq istehlak kredlitləri üzrə güzəştlərin verilməsi və restrkuturizastiya edilməsi üçün 31 min müraciət üzrə 111 milyon manat restrukturizasiya edilib. Bunun 96 milyon manatı artıq icra edilib.
E.Rüstəmov bildirib ki, əslində hökumətin və Mərkəzi Bankın tövsiyələrinə bankları daha geniş reaksiya veriblər. Belə ki, hökumət və AMB yalnız pandemiyadan əziyyət çəkən biznesə dəstəyi nəzərdə tutsalar da banklar istehlak kreditlərində də güzəşt ediblər.
AMB sədri bildirib ki, Mərkəzi Bank biznesə dəstək üçün əlavə tədbirlər barədə düşünür. «Əlavə tədbirlər haqqında düşünürük, amma onların həcmi və istiqamətləri hökumətlə sinxronlaşdırılacaq».