Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il oktyabrın 1-nə 871,1 milyon manat təşkil edib.
Eləcə də bax: Bankların bahalı kredit siyasəti problemli kreditlərin artmasında rol oynayır
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, sentyabrın 1-i ilə müqayisədə 3,7% azdır.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 2,5%, son 1 ildə isə 18,6% azalıb.
Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5,5% təşkil edib. Bu nisbət avqustun sonuna 5,8%, ötən ilin sonuna 6,1%, ötən il avqustun sonuna isə 7,2% olub.