Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirib ki, $45.26 həcmində valyuta ehtiyatı vardır.
Eləcə də bax: Neft Fondu bazardakı dəyişikliklərə görə - 1,6 MİLYARD MANAT İTİRİB - AÇIQLANDI
Bu, 1 aprel 2022-ci il tarixinə təqdim edilmiş investisiya portfeli ilə bağlı statistikada bildirilir.
FED.az Banker.az-a istinadən bildirir ki, fondun vəsaitlərinin 70%-i ABŞ dollarında (USD), 19.5%-i avroda (EUR), 4.8%-i ingilis funt-strelinqində (GBP), 1.3%-i çin yuanında (CNY), 1.1%-i yapon yenində (JPY), 0.6%-i Avstraliya dollarında (AUD) , hər birinin 0.4% olmaqla türk lirəsi (TRY) və rus rublunda (RUR) olmuşdur.
Bu arada bu da qeyd edilməlidir ki, ABŞ dollarındakı 70%-lik pay bölgüsünün 13.9%, yaxud 6.29 mlrd dollarını fiziki olaraq fondun balansında olan qızıl təşkil edir.
Bəs ARDNF-in sahib olduğu valyutalar özünü son hadisələrdən sonra necə aparıb?
Son illərdə müşahidə edilən budur ki, ölkənin suveren fondu daha çox güclü, inkişaf etmiş iqtisadiyyatların valyutalarına üstünlük verir. Fondun aktivlərinin böyük hissəsi dünyada ehtiyat limanı sayılan ABŞ dollarındadır. Bu da təqribən 56.1%-i əhatə edir.
ABŞ dolları 2022-ci ilin əvvəlindən bu günə qədər əksər valyutalar qarşısında önəmli bahalaşma yaşayıb. Buna misal kimi rəqib valyuta (avro, kanada dolları funt sterlinq, yen, frank və isveç kronu) qarşısında formalaşan dolların indeksini misal çəkmək olar. ABŞ dollarının indeksi 9% artımla 100.8 bəndə qədər yüksəlib, bu 2020-ci ilin əvvəlindən bu tərəfə maksimumlardır.
Avro dollar qarşısında ilin əvvəlindən 4.8% ucuzlaşaraq məzənnə 1.08-ə qədər ucuzlaşıb, bu da 2020-ci ilin aprelindən bu tərəfə minimumlardır.
İngilis funt-sterlinqi. Avro ilə əksər hallarda korrelyasiya edən B.Britaniya valyutası 3.8% ucuzlaşaraq 1.30 səviyyələrinə düşüb. Analitiklər, ABŞ FED-nin faizləri daha aqressiv artıracağı təqdirdə İngiltərə Mərkəzi Bankının buna adekvat cavab verəcəyi indandırıcı görünmür ki, bu da GBP-nin məzənnənsinin ABŞ dollarına qarşı hələ bundan sonra da enəcəyini proqnoz edirlər.
Çin yuanı. Yuan və dolların məzənnəsində məzənnə dəyişikliyi yoxdur.
Çinin həmişəki monetar siyasətinə sadiqdir: “bahalı yuan” tərəfdarı deyil. Hazırkı vəziyyətdə Çin pulu üçün münbit şərait var ki, ABŞ və Qəribin Rusiyaya qarşı sərt sanksiyalarından yaxşı istifadə edə bilsin. Məsələn, yuan Rusiyada artıq depozit yatırmaq üçün ən yaxşı vasitəyə və ölkələr (xüsusən də Çin ilə tic. əlaqəsi olanlar) arasında ticarət valyutası olma uğrunda mühüm mövqe qazana bilər.
Yapon yeni. Yapon yeni güclü iqtisadiyyatları müqayisə etsək – ən çox dəyər itirən valyutadır. Dollara qarşı ilin əvvəlindən 11%-dən çox ucuzlaşıb. Bu valyuta requlyatorun “yumşaq” pul siyasəti nəticəsində yenidən 1 dollara qarşı 125 yen səviyyəsinə gəlib çıxıb. Lakin, yenin məzənnəsində geridönüşlər dəfələrlə baş verib. Burada əsas məsələ Mərkəzi Banklarının apardığı pul siyasətindən asılı olacaqdır.
Avstraliya dolları. AUD özünü digər inkişaf etmiş ölkələrin valyutalarından fərqli aparır. ABŞ dollarına qarşı əmtəə qiymətləri ilə korrelyasiya edərək bahalaşıb. Məsələn AUD/USD cütlüyündə məzənnə 1.8% bahalaşıb.
Rus rublu və Türk lirəsində çox cüzi məbləğ olduğu üçün müqayisəni aparmadıq, lakin aşağıdakı çartda vardır.
2022-ci ilin əvvəlindən indiyə qədər həmin valyutaların və qızılın ABŞ dolları qarşısında məzənnəsi.